Türkiyədə 8 PKK terrorçusu məhv edildi

Türkiyədə 8 PKK terrorçusu məhv edildi

Türkiyənin Hakkari şəhərində 8 terrorçu məhv edilib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Eren-14” əməliyyatı çərçivəsində Hakkarinin Cilo bölgəsində PUA-ların da havadan köməyilə PKK terror təşkilatına mənsub 8 şəxs zərərsizləşdirilib. Regionda əməliyyatların davam etdirildiyi vurğulanıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə tviter səhifəsində paylaşım edərək xeyli müddətdir təqib olunan 8 nəfərdən ibarət terrorçu qrupun Hakkaridə zərərsizləşdirildiyini ifadə edib.

Xəbəri paylaş

VİDEOLAR