3.12.2020 10:09:12
Türkiyənin cənub-şərqindəki Siirt vilayətində Rixter cədvəli ilə 5 bal gücündə zəlzələ baş verib.
Rasthaber Trend-ə istinadlı məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 08:45-də qeydə alınıb.
Hadisə nəticəsində hər hansı bir dağıntı və ya itkilərin olmadığı deyilir. İnsanlar təhlükəsizlik məqsədilə evləri tərk edib.
Zəlzələnin episentri Kurtalan rayonunda, yerin 20 kilometr dərinliyində qeydə alınıb.