FETÖ üzvü olduğu üçün barələrində saxlanılma qərarı verilən 61 polisdən 47-si yaxalanıblar
Türkiyədə FETÖ üzvü olduğu üçün barələrində saxlanılma qərarı verilən 61 polisdən 47-si yaxalanıblar.
Rasthaber Azərbaycan "A Haber" telekanalına istinadən xəbər verir ki, Balıkesir mərkəzli başladılan əməliyyat zamanı polis akademiyasında oxuduqları zaman FETÖ qruplaşmasının "məhrəm imamları" ilə əlaqədə olan və onlarla dəfələrlə görüş keçirən 61 polis haqqında saxlanılma qərarı verilib.
61 nəfər şübhəlidən 41-i müxtəlif şəhərlərdə saxlanılıblar, digərlərin yaxalanması istiqamətində isə əməliyyatlar davam edir.