Əvvəlki küçəyə çıxma qadağasından sonra insanlar dünən gecə küçəyə belə axın etmişdilər...
Rasthaber Azərbaycan xəbər verir ki, 16 may 19 may arasında 4 gün evdən çıxma qadağası bitdikdən sonra İstanbullular çölə axın edib.
Məlumata görə, hətta yollarda tıxac yaranıb.
Türkiyədə bu dəfə bütün ölkəni əhatə edəcək küçəyə çıxma qadağası tətbiq olunacaq, belə ki, Ramazan bayramı daxil olmaqla, 23-26 may tarixlərində qadağa qüvvəyə minir.
Lakin mayın 23-də saat 17.00-dək marketlər, dükanlar, ət dükanları, apteklər və bu kimi obyektlər işləyəcək. Mayın 24-26-da isə yalnız çörək və un məmulatları satan mağazalar açıq olacaq.