Türkiyədə çox sayda insanın yaralanması ilə nəticələnən iki yol qəzası baş verib.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, Nevşehirdə 81 əyalətdən olan şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 39-nun şagird olduğu bildirilir.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım cəlb edilib.
Bundan başqa Kastamonu-İnebolu magistral yolunda da ağır qəza baş verib. Belə ki, polis əməkdaşlarını daşıyan avtobus idarəetmədən çıxıb. Qəza zamanı 12 polis əməkdaşı xəsarət alıb.
Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara çatdırılıb.
Hadisənin başvermə səbəbləri açıqlanmır.