6.12.2019 15:55:48
Türkiyədə 18 ton zəhərləyici maddə olan sianid müsadirə edilib
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin İranla sərhəd yaxınlığında, Ağırı vilayətində 18 ton zəhərləyici maddə olan sianid müsadirə edilib.
Əməliyyat zamanı 5 qaçaqmalçı həbs edilib.
Digər qaçaqmalçıların axtarışları davam etdirilir.
Ötən ay Türkiyədə iki ailə - 8 nəfər sianid içərək intihar etmişdilər.