Türkiyədə 107 meşə yanğınından 98-i nəzarətə götürülüb - Nazir

Türkiyədə 107 meşə yanğınından 98-i nəzarətə götürülüb - Nazir

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli çıxan 107 meşə yanğınının 98-inin nəzarətə alındığını, 9-unun isə davam etdiyini bildirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Muğlanın Marmaris Dəyirmanyanı bölgəsindəki yanğınsöndürmə mərkəzində son vəziyyətlə bağlı açıqlamalar verən B.Pakdemirli deyib: “Son bir neçə gündə çox yanğın çıxdı. 107 meşə yanğını baş verdi ki, bunun 98-i idarə altındadır, 9-u davam edir.

  Antaliyanın Manavqat, Gündoğmuş və Qazipaşa qəsəbələrindəki yanğınlar hələ də sürür. Vəziyyət ciddidir.

  Mersinin Aydıncıq qəsəbəsindəki yanğını idarə altına aldıq.

  Silifkedə bir yanğın var, amma söndürülməkdədir.

  Adanadakı bütün yanğınlar nəzarətə alınıb.

  Muğladanın Marmaris, Kəndsiyəz, Bodrum və Milas qəsəbələrində 4 yanğın çıxıb. Marmarisdəki yanğına 3 təyyarə, 9 vertolyot, 146 su çəni, 20 su tankeri, 8 buldozer və 529 canlı qüvvə cəlb edilib.

  Ehtiyaca görə ölkə içindən və xaricindən gələn köməyi koordinasiya edərək yanğınları ən qısa zamanda söndürəcəyik.”

Xəbəri paylaş

VİDEOLAR