Türkiyə Yunanıstanla bütün məsələlərdə dialoqa hazırdır

Türkiyə Yunanıstanla bütün məsələlərdə dialoqa hazırdır

Türkiyә Şәqi Aralıq dәnizindәki gәrginlik mәsәlәsindә Yunanıstan ilә dialoqa hazır olduğunu bildirib.

Rasthaber xəbər verir ki, Türkiyə Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada  deyilir: ‘‘NATO-nun Baş katibi Şərqi Aralıq dənizində yaşanan gərginliyin azaldılması, dəniz və quru birlikləri arasında arzuolunmaz vəziyyətin qarşısının alınması üçün təşəbbüs göstərib. Türkiyə tərəfindən də dəstəklənən bu təşəbbüs Baş katibin açıqladığı kimi iki ölkə arasında NATO çərçivəsində hərbi-texniki görüşmələrin başlamasına əsas yaradır’’.

Bildirilir ki, problemlərin aydınlaşdırılması xarakterində olan bu görüşlər Türkiyə ilə Yunanıstan arasındakı məsələlərin həllinə deyil, əsasən, iki ölkənin hərbi mövqeləri arasında əvvəl də ikitərəfli qaydada keçirilmiş aydınlaşdırma fəaliyyəti ilə əlaqəlidir.

Türkiyə tərəfi Yunanıstanın NATO baş katibinin bu təşəbbüsünə dəstək verməsi ilә әlaqәdar çağırış edib.

Açıqlamada hәmçinin vurğulanıb ki, Türkiyə Yunanıstanla arasındakı bütün məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində, ədaləti həll yolu  tapılması üçün ön şərt olmadan dialoqa hazır olduğunu bir daha xatırladır.

Xəbəri paylaş

VİDEOLAR