Türkiyə Yunanıstana getmək istəyən miqrantları xilas etdi

Türkiyə Yunanıstana getmək istəyən miqrantları xilas etdi

Yunanıstan Sahil Mühafizә Xidməti tәrәfindәn Türkiyәyә geri qaytarılan qaçqınlar xilas edilib.

Türkiyәnin Çanaqqala, Balıkesir vә Muğla şәhәrlәrindәn  Yunanıstana keçmәyә cәhd göstәrәn qaçqınlar Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn xilas edilib.

Mәlumata görә, Çanaqqaladan 82, Balıkesirin Ayvacık qәsәbәsindәn 36 vә Muğlanın Bodrum qәsәbәsindәn 26 qaçqın Yunanıstan keçmәyә cәhd göstәrib.

Türkiyә sahil mühafizә dәstәlәri tәrәfindәn hәyata  keçirilәn әmәliyyat zamanı 144 qaçqının xilas edildiyi bildirilib.

Qaçqınlar keçirilǝn ǝmǝliyyatdan sonra Miqrasiya İdarǝsinǝ göndǝrilib.

Xəbəri paylaş

VİDEOLAR