Bu haqda Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar bildirib.
Rasthaber az.shafaqna-ya istinadən xəbər verir ki, Türkiyə S-400 ZRK-in ikinci polkunun tədarükü ilə bağlı Rusiya ilə danışıqları davam etdirir.
Bu haqda Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar bildirib.
“Müdafiə sənayesində əməkdaşlıq da bu kontekstdə (ikitərəfli münasibətlərin inkişafında) mühüm rol oynayır. 2 dövlətin səlahiyyətli təsisatları arasında danışıqlar davam edir”, – deyə o qeyd edib.
Xatırladaq ki, 2017-ci ildə iki ölkə arasında S-400 sistemlərinin satışına dair razılıq əldə edilib.