Türkiyə yeni çevriliş cəhdlərinə imkan verməyəcək

Türkiyə yeni çevriliş cəhdlərinə imkan verməyəcək

Bunu 2016-ci ildə baş tutmamış çevriliş cəhdinin 4-cü ildönümü ilə bağlı çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Rasthaber xəbər verir ki, Ərdoğan 2016-ci ildə baş tutmamış çevriliş cəhdinin 4-cü ildönümü ilə bağlı çıxış edib.

“Bu, adi çevriliş deyildi. Onun arxasında böyük (hərbi) dəstələr dururdu. FETÖ-dən olan qiyamçıların parlamentimizə tuşlanması təsadüfi deyildi”, – deyə o bildirib.

Xalqın “satqınlara qarşı çiyin-çiyinə” durduğunu deyən Ərdoğan qeyd edib ki, “bu, həyati yox, ölüm-dirim mübarizəsi idi”.

“Əgər onlar qalib gəlsəydilər, prezident və hökumət üzvlərinin qətli məsələsində dayanmazdılar. Lakin biz qalib gəldik və daha heç bir qüvvəyə bizim demokratiyamıza zərbə şansı verməyəcəyik”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, 2016-cı ildəki çevriliş cəhdini ciddi qəbul etməyənlər, “Türkiyə tarixinin şanlı səhifələrini qaralamaq məqsədi güdürlər”.

Xəbəri paylaş

VİDEOLAR