Türkiyə XİN Makronun açıqlamasına cavab verdi

Türkiyə XİN  Makronun açıqlamasına cavab verdi

Türkiyә XİN Fransa prezidenti Emmanuel Makronun prezident Rәcәb Tayyib Әrdoğan ilә bağlı bәyanatlarını uğursuz adlandırıb.

Rasthaber  xəbər verir ki, Türkiyə Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy ‘‘France 5’’ telekanalında yayımlanan proqrama sәrt reaksiya göstәrib.

Hami Aksoy bildirib ki, Fransa prezidenti Emmanuel Makronun verilәn suallara ölkәlәrimiz arasındakı dostluq vә müttәfiqliq münasibәtlәrinә zidd cavabları qәbuledilmәzdir.

“Türkiyә Şәrqi Aralıq dәnizi, Suriya vә Liviya mövzularında beynәlxalq hüquq normalarına әsaslanan siyasәt yürüdür. Avropa İttifaqı zirvәsindәn әvvәl hazırlanan bu qәrәzli proqram öz mәqsәdinә çata bilmәyәcәk. Türkiyә hәm yürütdüyü siyasәt, hәm üzv ölkәlәrlә yaratdığı ikitәrәfli münasibәtlәrlә Avropa qitәsi, NATO vә transatlantik münasibәtlәrindә öz tәsirini göstәrmәyә vә töhfәlәr vermәyә davam edәcәk.”, -deyə Aksoy əlavə edib.

Makronun ‘‘Türkiyәnin Fransanın daxili siyasәtinә keçirillәclәk seçkilәr vasitәsilә müdaxilә edәcәyi’’ ilә bağlı iddialarını tәhlükәli adlandıran  Türkiyə Xarici İşlәr Nazirliyinin sözçüsü “İki ölkә arasında yaşanan gәrginliyin dinclik vә dostluqla әvәzlәnmәsi üçün addımlar attığımız bu dövrdә Emmanuel Makronun bu bәyanatının uğursuz olduğunu düşünürük’’, -deyə vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR