Türkiyə XİN Kabildəki terroru qınadı

Türkiyə XİN Kabildəki terroru qınadı

Türkiyә Әfqanıstanın paytaxtı Kabildәki mәscidlәrin birindә cümә namazı zamanı törәdilәn terror aktını qınadı.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyә Әfqanıstanın paytaxtı Kabildәki mәscidlәrin birindә cümә namazı zamanı törәdilәn terror aktını qınadı.

Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib:‘‘ Әfqanıstandakı dini  mәkanlarda törәdilәn hücumlara görә çox narahatıq. Әfqanıstanın paytaxtı Kabildәki mәscidlәrin birindә cümә namazı zamanı törәdilәn terror aktını qınayırıq. Hücum zamanı hәlak olanlara Allahdan rәhmәt, xәsarәt alanlara şәfa, dost vә qardaş Әfqanıstan xalqına dәrin hüznlә başsağlığı dilәyirik’’.

Qeyd edәk ki, Әfqanıstanın paytaxtı Kabilin Karte Çar bölgәsindә yerlәşәn Sirşah Suri mәscidindә cümә namazı zamanı törәdilәn terror aktı nәticәsindә biri imam olmaqla dörd nәfәr hәlak olmuşdu.

Xəbəri paylaş

VİDEOLAR