Türkiyə XİN-dən İsrailə etiraz

Türkiyə XİN-dən İsrailə etiraz

Türkiyə İsrail polisinin fələstinlilərin insanlıq qürurunu təhqir edərək nəzarətə alınmasını qınayıb

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki,   Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən edilən şərhdə bildirilir: "İsrail təhlükəsizlik qüvvələrinin 18 iyul səhəri Hərəmi-Şərifin müqəddəsliyini bir daha pozaraq irqçi yəhudi qrupların Aksa məscidinə basqın etməsinə icazə verməsi, ibadət edən Fələstin vətəndaşlarını səs bombalarıyla hürkütməsi və aralarında uşaq və qadınların da olduğu fələstinlilərin insanlıq qürurunu təhqirlə nəzarətə alınmasını qınayırıq.

  İsrailin keçən Ramazan ayında da Aksa məscidinə qarşı hücumları bütün bölgədə gərginlik, əsəbilik və qarşıdurma yaratdığı üçün zehinlərdə qalıb və bu gün bu cür təxribatların sürməsi son dərəcə təhlükəlidir.

  Bir daha bu mövzuda İsrail hökumətinə haqqında danışılan təxribatçı hərəkət və hücumların dərhal sona çatdırılması üçün çağırış edirik."  

Xəbəri paylaş

VİDEOLAR