Türkiyə XİN başçısı: Yunanıstanla danışıqlar müsbət atmosferdə keçib

Türkiyə XİN başçısı: Yunanıstanla danışıqlar müsbət atmosferdə keçib

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Türkiyә ilә Yunanıstan arasında baş tutann araşdırma görüşlәrinin müsbәt atmosferdә keçirildiyini bildirib.

Rastahber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu ilә İralandiya xarici işlәr vә müdafiә naziri Simon Koveney keçirdiklәri görüşdәn sonra birgә mәtbuat konfransında çıxış ediblәr.

Türkiyә ilә Yunanıstan arasındakı görüşlәrlә bağlı bir sualı cavablandıran Mövlud Çavuşoğlu  deyib: ‘‘Beş ildir keçirilә bilmәyәn görüşlәr bazar ertәsi günü İstanbulda baş tutdu. Görüş müsbәt atmosferdә keçirildi’’.

Çavuşoğlu iclasın 61-ci turunun keçirildiyini xatırladaraq bildirib ki, daha әvvәl müzakirә edilәn mәsәlәlәr bu iclasda da müzakirә olundu. Әlbәtdә bu iclasda bir vә ya bütün problemlәrin hәll edilmәsini gözləmək doğru deyil. Yenidәn başlaması әhәmiyyәtli idi. Növbәti iclas Yunanıstanın ev sahibliyindә keçirilәcәk.

Xəbəri paylaş

VİDEOLAR