Türkiyə XİN: ABŞ-ın sanksiya qərarını rədd edirik!

Türkiyə XİN: ABŞ-ın sanksiya qərarını rədd edirik!

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsi ilə bağlı qərarını qınadığını və rədd etdiyini bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə XİN-in açıqlamasına görə, ABŞ birtərəfli sanksiya tətbiq etmə qərarı anlaşıqlılıqdan məhrum bir davranışdır.

"ABŞ-ın qərarını qınayır və rədd edirik. Türkiyə ABŞ-ın qərarına qarşı lazımı addımlar atacaq", -deyə XİN-in açıqlamasında deyilir. 

Açıqlamada ABŞ-ın bu gün elan olunan haqsız sanksiya qərarına yenidən baxmağa dəvət edildiyi, əks təqdirdə bu qərara qarşı lazımı addımların atılacağı, uyğun görülən zamanda cavab veriləcəyi barədə xəbərdarlıq edilib. 

Qeyd edək ki, ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbilə Türkiyəyə bir sıra sanksiyalar tətbiq etmə qərarına gəlib. 

Xəbəri paylaş

VİDEOLAR