Türkiyə vətəndaşları 10 İyundan hava yolu ilə Azərbaycana səfər edə biləcəklər - ŞƏRTLƏR

Türkiyə vətəndaşları 10 İyundan hava yolu ilə Azərbaycana səfər edə biləcəklər - ŞƏRTLƏR

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah 10 iyun tarixindən etibarən Rusiya ilə Türkiyə vətəndaşlarının hava yolu ilə Azərbaycana səyahət şərtlərini açıqlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, məlumata əsasən, bunun üçün yaşı 18-dən yuxarı olan sərnişinlər tam vaksinasiya və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənəd və uçuşdan əvvəl (72 saat ərzində) COVID-19-a dair PCR testinin neqativ olduğunu təsdiqləyən sənəd təqdim etməlidir.

1 yaşdan 18 yaşadək sərnişinlər uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair neqativ PCR testin nəticəsini təsdiqləyən rəsmi sənədə sahib olmalıdır.

Bununla yanaşı, 10 iyundan başlayaraq Azərbaycana gələn 1 yaşdan yuxarı bütün sərnişinlər üçün COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır.

Yaşı 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinin tələb olunmadığı bildirilir.

Məlumata görə, Azərbaycana birbaşa uçuşlar edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılacaq, qərarda deyilir.

Xəbəri paylaş

VİDEOLAR