Türkiyə və Yunanıstan fikir ayrılıqları ilə bağlı danışıqları bərpa edir

Türkiyə və Yunanıstan fikir ayrılıqları ilə bağlı danışıqları bərpa edir

Müvafiq çağırışla ötən gün Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxış edib.

Rasthaber Azərbaycan “Anadolu”-ya istinadən xəbər verir ki, Türkiyə və Yunanıstan ikitərəfli münasibətlərdəki ziddiyətlərlə bağlı, əsasən də Egey və Aralıq dənizlərindəki vəziyyətlə bağlı dialoqu yenidən başladır.

Müvafiq çağırışla ötən gün Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxış edib.

Türkiyəli nazir cari ayın sonunadək Afina ilə danışıqların təşkilinə hazır olduğunu ifadə edib.

Yunanıstan tərəfinin bu çağırışa reaksiyası özünü çox gözlətməyib.

Bu gün məlum olub ki, iki ölkə XİN-ləri 2021-ci il 25 yanvarda İstanbulda danışıqların 61-ci turunu keçirməyə dair razılığa gəlib.

Dialoqun əsas məqsədi – “fikir ayrılıqlarının iki ölkə maraqlarına uyğun şəkildə ədalətli, uzunmüddətli və hərtərəfli həlli” üçün əsasın qoyulmasıdır.

Sözügedən danışıqların ilk mərhələsi 2002-ci 12 martda Ankarada keçirilib.

Dialoq 2016-cı ilədək XİN səviyyəsində qalmaqda idi. Bu zaman ərzində görüşlərin 60 raundu baş tutub.

Lakin son illər regionda gərginliyin artması dialoqu zəiflədib və hətta danışıqların dayanmasına gətirib çıxarıb.

Türkiyə və Yunanıstan XİN səviyyələrindəki ilkin danışıqların gündəlik və məzmunu ictimaiyyət üçün qapalıdır.

Xəbəri paylaş

VİDEOLAR