11.04.2021 12:15:28
Hulusi Akar və Ukraynalı həmkarı Andrey Taran İstanbulda görüş keçiriblər.
Türkiyənin müdafiə naziri Hulusi Akar və Ukraynalı həmkarı Andrey Taran İstanbulda görüş keçiriblər.
Trend-in Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı regional aspektdə müdafiə və təhlükəsizlik, müdafiə sənayesində ikitərəfli əməkdaşlıq mövzusunda fikir mübadiləsi aparılıb.