Türkiyənin Xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Ukrayna və İstanbul Taxıl Müqaviləsi çərçivəsində son hadisələrlə bağlı telefon danışığı aparıb.
Az.rasthaber.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Hakan Fidan rusiyalı həmkarı Lavrovla telefon danışığı aparıb.
Görüş zamanı Ukrayna və İstanbul Taxıl Sazişi çərçivəsində son inkişaflar müzakirə edilib.