Türkiyə və İsrail arasında uçuşlar yenə təxirə salındı

Türkiyə və İsrail arasında uçuşlar yenə təxirə salındı

Türkiyə Hava Yolları məlumat yayıb

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Hava Yolları (THY) İsrailə gediş-gəlişli bütün beynəlxalq uçuşların müvəqqəti dayandırılma qərarının 7 marta qədər uzadıldığını bildirdi.

  THY sosial media hesabından verilən məlumatda yazılır: "İsrail səlahiyyətliləri tərəfindən verilən qərara uyğun olaraq İsrailə gediş-gəlişli bütün beynəlxalq uçuşlar 7 marta qədər müvəqqəti dayandırılıb.

  Sərnişinlər bilet əməliyyatlarını 850 333 0 849 nömrəli xidmət mərkəzi, satış ofisləri və ya bilet aldıqları agentliyə müraciət edərək reallaşdıra bilərlər.”

Xəbəri paylaş

VİDEOLAR