HƏMAS Türkiyə və Bəhreynin Təl-Əviv hücumunu pisləməsini və sionist İsrail rejiminə başsağlığı mesajı verməsini şidətlə qınadığını bildirib.
Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Cümə axşamı gecəsi baş verən hücumdan sonra dünyanın bir çox yerində müsəlmanlar bu uğuru qeyd edərkən, Türkiyə səfiri şəhidlik hücumlarını terror hücumu kimi qiymətləndirərək sionist rejiminə başsağlığı verib.
HƏMAS sözçüsü cümə günü gecə verdiyi açıqlamada bildirib:
"Sionist rejimin millətimizə və müqəddəslərimizə qarşı düşmənçilik siyasəti dünyada terror və irqçiliyin bir formasıdır".
HƏMAS sözçüsü açıqlamasına belə davam edib:
"Millətimizin müqaviməti özünü və müqəddəslərini müdafiə etməkdir. Bu müqavimət bütün beynəlxalq qanunlarla təmin edilmiş bir hüquqdur.
Türkiyənin işğal olunmuş Fələstin ərazilərindəki səfirliyinin və Bəhreyn Xarici İşlər Nazirliyinin Təl-Əvivdəki şəhadət əməliyyatını qınamasını şiddətlə pisləyirik.
Xatırladaq ki, cümə axşamı gecəsi Təl-Əvivdə fələstinli gəncin həyata keçirdiyi şəhadət hücumunda 3 sionist həlak olub, 15 sionist isə ağır yaralanıb.