Türkiyə prezidenti Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya səfər ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS-in liderlər səviyyəsindəki 16-cı sammitinə qatılmaq üçün bu gün Rusiyaya səfər edib.
Sammit çərçivəsində Prezident Ərdoğan, BRİKS-ə üzv ölkələrin liderləri ilə bir sıra görüşlər keçirəcək. Oktyabrın 22-24-də baş tutacaq bu sammitdə maliyyə, texnologiya, qida ticarəti və İttifaqın genişləndirilməsi kimi mühüm mövzular müzakirə olunacaq.
Bu xüsusiyyətləri ilə BRİKS, Qərb dövlətlərinin yaratdığı G7-nin geosiyasi rəqibi sayılır və çoxqütblü dünya nizamına keçid prosesində inkişaf etməkdə olan ölkələri təmsil edir.
Bu gün həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib.
Qeyd edək ki, BRİKS 2010-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılıb. İttifaq illər ərzində genişlənərək Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi yeni üzvlər qazanıb.
BRİKS-ə üzv ölkələrin ümumi əhalisi təxminən 3,5 milyarddır ki, bu da dünya əhalisinin 45 faizini təşkil edir. Eyni zamanda, BRİKS ölkələri dünya iqtisadiyyatının təxminən 25 faizini əhatə edir və dünya xam neft istehsalının 44 faizini təmin edir.