Türkiyə və Azərbaycan Ordusu birgə Qış Təliminə başlayır

Türkiyə və Azərbaycan Ordusu birgə Qış Təliminə başlayır

Türkiyә Silahlı Qüvvәlәri son dövrün әn әhatәli qış tәliminә hazırlaşır.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Azәrbaycan Silahlı Qüvvәlәrinin dә qatılacağı tәlimdә snayperlәr, xüsusi tәyinatlı qüvvәlәrin şәxsi heyәti, komandolar vә helikopterlәr iştirak edәcәk. Mәlumata görә, qış tәlimlәri 1-12 fevral tarixindә Türkiyәnin  Qars vilayәtindә keçirilәcәk.

Birgә tәlimdә mәqsәd  әmәkdaşlıq vә koordinasiyanı tәmin etmәk, müdafiә sәnayesi şirkәtlәri tәrәfindәn hazırlanan döyüş silahları vә nәqliyyat vasitәlәrinin gücünü sınaqdan keçirmәkdir.

Tәlimin son dövrün әn böyük tәlimlәrindәn biri olduğu qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR