Türkiyə Ukrayna və Rusiya arasında münaqişənin həlli üzərində işləyir

Türkiyə Ukrayna və Rusiya arasında münaqişənin həlli üzərində işləyir

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü deyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Türkiyənin Donbasda zorakılığın artması və sərhəd yaxınlığında Rusiya hərbi qüvvələrinin cəmləşdirilməsindən sonra Ukrayna ilə Rusiya arasında münaqişənin sülh yolu ilə həllinə çalışdığını bildirib.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir.

“Bölgəmizin dinc və təhlükəsiz gələcəyi naminə hər iki ölkənin fikir ayrılıqlarını ən qısa müddətdə danışıqlar yolu ilə və sülh yolu ilə həll etməsini istəyirik və bu istiqamətdə çalışırıq” – deyə, Ərdoğan İstanbulda tədbirdə çıxışı zamanı bildirib.

Ərdoğan şənbə günü İstanbulda ukraynalı həmkarı ilə danışıqlardan sonra Ukraynanın şərqində Donbas regionunda gərginliyə son qoyulmasına çağırıb və Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.

Ərdoğanla birgə mətbuat konfrasında danışan Zelenski Kyiv və Ankaranın Qara dənizdə təhlükələr və bu təhdidlərə reaksiya ilə bağlı mövqeyinin üst-üstə düşdüyünü bildirib və Ərdoğanı Donbasda vəziyyətə dair məlumatlandırdığını əlavə edib.

İstanbulda keçirilən görüş zamanı Ərdoğan və Zelenski həmçinin müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər. Zelenski əməkdaşlığın gücləndirilməsinin xüsusilə silah və döyüş təyyarələrinin istehsalına aid olacağını bildirib.

Ərdoğan həmçinin cümə günü Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı bölgədə vəziyyəti müzakirə edib. Putin Ukraynanı Donbasda “təhlükəli təxribatçı hərəkətlərdə” günahlandırıb. Kyiv şənbə günü Ukraynanın Donbasda Rusiya tərəfindən vəziyyətin gərginləşdirilməsi ilə təhrik edilə biləcəyini bildirib.

Türkiyə cümə günü Vaşinqtonun gələn həftə Qara dənizə iki hərbi gəmi göndərəcəyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR