Türkiyə turizm üçün təhlükəsizlik sertifikasiya sistemi yaratdı

Türkiyə turizm üçün təhlükəsizlik sertifikasiya sistemi yaratdı

Türkiyə hökuməti koronavirusa münasibətdə təhlükəsiz olan sertifikatlaşdırılmış turizm obyektlərinin siyahısını iyunun əvvəlində açıqlayacaq.

Rasthaber Azərbaycan  Sputnik-ə istinadən bildirir ki, bunu açıqlamasında Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

“Biz təhlükəsizlik sertifikasiya sistemini tətbiq etmişik. O, aeroportlarda, nəqliyyat vasitələrində, mehmanxana və restoranlarda keçərli olacaq. Proqram may ayı ərzində reallaşdırılacaq, obyektlərin adları isə iyunun əvvəlində elan olunacaq”, - Ərsoy deyib.

O qeyd edib ki, turizm sektorunda çalışanlar intensiv və müntəzəm təlim keçir və beynəlxalq şirkətlər tərəfindən imtahan edilirlər. Turistlər onların işlədikləri şirkətlərdən ətraflı məlumatı mobil tətbiq və QR kod istifadə etməklə ala bilərlər.

“Biz aeroportlarda (koronavirus)  test mərkəzləri yaratmışıq, böyük turist axınlarını onlar qəbul etmək iqtidarındadır. Son 72 saat ərzində test keçməyən qonaqlarımızı orada yoxlamadan keçirəcəyik”, - nazir bildirib.

Ərsoyun sözlərinə görə, Türkiyə hökuməti 70 ölkənin maraqlı qurumlarını  pandemiyadan sonra turizmdəki təhlükəsizlik sistemi, eləcə də ölkənin tibbi potensialı barədə məlumatlandırıb.

Xəbəri paylaş

VİDEOLAR