Suriyanın şimalında "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücum etməyə cəhd edən terror təşkilatı PKK/YPG üzvü 4 terrorçu zərərsizləşdirilib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Suriyanın şimalında "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücum etməyə cəhd edən terror təşkilatı PKK/YPG üzvü 4 terrorçu zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyinin sosial media hesabında yer alan məlumatda bildirilib ki, qəhrəman əsgərlərimiz Suriyanın şimalında terrorçulardan qisas almağa davam edir. "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücum etməyə cəhd edən terror təşkilatı PKK/YPG üzvü 4 terrorçu zərərsizləşdirildi. Sentyabrın 8-də bölgədə zərərsizləşdirilən terrorçuların sayı 17 olmuşdur.