Bu barədə Suriyadakı müxalif mənbədən məlumat verilib.
Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə ordusu Suriyada 2 hərbi əməliyyatın keçirilməsinə hazırlaşır.
Qeyd edilib ki, silahlı birləşmələr tam döyüş hazırlığına gətirilib.
İddia edilir ki, əməliyyatlar İdlibin şimal-qərbində və şimal-şərqində keçiriləcək.
Əməliyyatın nə zaman başlayacağı ilə bağlı konkret tarix açıqlanmasa da, bununu istənilən an, gözlənilmədən baş verəcəyi deyilib.
“Çox güman ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Co Baydenlə görüşündən sonra”, – deyə əlavə edilib.