Rəsmi Dəməşqlə Türkiyə Fəratın şərqində olan bölgələrlə bağlı danışıqlar aparırlar.
Az.rasthaber.com "SalamNews"-a istinadən xəbər verir ki, bu barədə rəsmi Dəməşqi təmsil edən müzakirəçilər qrupunun rəhbəri general-leytenant Heydər Cavad məlumat verib.
Məlumata görə bu danışıqlarda müzakirə edilən əsas mövzu Fəratın şərqində olan bölgələr və Türkiyənin Suriyada hərbi mövcudluğudur.
Əlavə edilib ki, Fəratın şərqində ABŞ-ın və onun dəstəklədiyi (separatçı kürd bölmələrinin çoxluq təşkil etdiyi) “Suriya Demokratik Qüvvələri”nin fəaliyyəti, Türkiyə ilə Suriya arasında “Adana” razılaşması və sair məsələlər müzakirə edilir.
Suriya rəsmisi bildirib ki, bu danışıqlarda irəliləyişlər əldə edilib.
Qeyd edək ki, 2011-ci ildən bu yana iki dövlət arasında rəsmi müstəvidə görüşlər və danışıqların olduğu açıqlanmayıb.