Türkiyə sionist rejimi qınadı

Türkiyə sionist rejimi qınadı

“İsraildə bir məhkəmənin yəhudilərin Məscidül-Əqsada “səssizcə” namaz qılmaq hüququna malik olduğunu iddia etdiyi qərarı şiddətlə qınayırıq."

Rasthaber Azərbaycan  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyin İsrailin qərarını qınayan bəyanatda deyilir.

Nazirliyin yaydığı Bəyanatda deyilir:

“İsraildə bir məhkəmənin yəhudilərin Məscidül-Əqsada “səssizcə” namaz qılmaq hüququna malik olduğunu iddia etdiyi qərarı şiddətlə qınayırıq. Sözügedən qərarın Məscidül-Əqsadakı status-kvonu pozmağa və yeni gərginliyə səbəb olan fanatik dairələri daha da təşviq edəcəyi narahatlıq doğuran bir ehtimaldır”.

Nazirliyin açıqlamasında beynəlxalq ictimaiyyətə çağırış edilərək, “Beynəlxalq ictimaiyyəti bu yanlış, qanunsuz və təhlükəli qərara və Məscidül-Əqsaya qarşı bütün təxribatlara şiddətlə qarşı çıxmağa çağırırıq” deyilib.

Xəbəri paylaş

VİDEOLAR