Sosial şəbəkələrdə paylaşılan görüntülərdə türk əsgərlərinin Suriyada Heyət Təhrir əş-Şam terrorçularına dəstək verdiyi görünür.
Az.rasthaber.com xəbər verir ki, “Russia Today”-in məlumatına görə, Suriyada xalq qüvvələri ilə “Həyat Təhrir əş-Şam” terrorçuları arasında toqquşmalar intensivləşib.
Bu kontekstdə “Russia Today” tərəfindən yayımlanan bəzi sosial media görüntülərində Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisinə girərək Latakiya istiqamətində irəlilədiyi və Təhrir əş-Şam terrorçularına dəstək verdiyi göstərilir.
Əbu Məhəmməd əl-Colaninin başçılıq etdiyi terrorçu qruplar xalq qüvvələrinə məğlub olduqdan sonra İdlib və Dəməşq kimi bölgələrdən Latakiyaya doğru irəliləyir.
Sosial mediada paylaşılan görüntülərdə terrorçuların xalq qüvvələrini pusquya saldıqları və ağır itkilər verdikləri görünür.