Türkiyə sahillərində zəlzələ

Türkiyə sahillərində zəlzələ

Egey dənizində, Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ olub.

Trend-in məlumatlna görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) xəbər verb.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 22:49-da qeydə alınıb. Yeraltı təkanların episentri Muğla vilayətinin Datça rayonu sahillərində, ocağı isə 7,08 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR