Türkiyə S-400 məsələsinə yeni həll yolu təklif edib

Türkiyə S-400 məsələsinə yeni həll yolu təklif edib

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib

Rasthaber Azərbaycan  xəbər verir ki, Türkiyənin Rusiyada aldığı S-400 zenit-raket kompleksləri (ZRK) “Krit modeli” analogiyasında istifadə edilə bilər.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

Xatırladaq ki, Kipr hələ 1990-cı illərin ortalarında Rusiyadan S-300 HHM sistemləri alıb, lakin Türkiyənin Afina ilə olan razılığı ilə bağlı sərt reaksiyasına görə həmin komplekslər Yunanıstanın Krit adasında yerləşdirilib, daha sonra isə Yunanıstanın mülkiyyətinə verilib.

“Bu silahlar (S-300-lər) NATO sistemi arsenalında var. Lakin o, Krit modelində istifadə edildiyi kimi, biz də danışıqların gündəliyinə o cür təklif daxil edəcəyik. Biz ABŞ-la S-400 ilə bağlı problemin həllini tapa bilərik”, – deyə Akar jurnalistlərə bildirib.

O əlavə edib ki, daha öncə Varşava sazişində olmuş, daha sonra isə NATO-ya daxil olmuş bir çox ölkənin arsenalında hələ də SSRİ dövrünə aid silahlar var.

Xatırladaq ki, Türkiyənin sözügedən sistemləri alması ABŞ-la münasibətlərdən gərginliklərə səbəb olub. Hətta Vaşinqton Ankaraya qarşı sanksiyalar da tətbiq edib.

Xəbəri paylaş

VİDEOLAR