Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlayıb
Yaxın vaxtlarda Türkiyədə "Sputnik V" peyvəndindən istifadə olunmağa başlayacaq.
Rasthaber Azərbaycan xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
#SONDAKİKA
— TRT Haber Canlı (@trthabercanli) April 22, 2021
Sağlık Bakanı Fahrettin Koca: İki aşı türü şuan aktif olarak kullanılmakta ve bunların sayısını artırmaya yönelik çalışmalar da devam etmektedir. Çok yakında Sputnik V aşısının da devreye gireceğini belirtmek isterim. https://t.co/F0rqymGXps pic.twitter.com/OdfpQ0cGLU
Xatırladaq ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.
Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V"nin yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.
Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir.