Türkiyə Rusiyadan yeni S-400-lər sifariş verib

Türkiyə Rusiyadan yeni S-400-lər sifariş verib

Bu baradə “Rosoboroneksport”-un başçısı Aleksandr Mixeyev bildirib

Rasthaber Azərbaycan “İnterfaks”-a istinadən xəbər verir ki, Rusiya və Türkiyə arasında S-400 hava hücumundan müdafiə (HHM) sisteminin 2-ci partiyasının tədarükünə dair müqavilə imzalanıb.

Bu baradə “Rosoboroneksport”-un başçısı Aleksandr Mixeyev məlumat verib.

Bununla belə, hələ Moskva və Ankara məlum razılaşmanın maliyyə reallaşdırılmasını müzakirə etməlidir.

Xatırladaq ki, Türkiyənin Rusiyadan adıçəkilən sistemləri alması qərarı Türkiyə və onun NATO-dakı həmkarları arasında ciddi fikir ayrılıqlarına səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR