Türkiyə Rusiyadan qırıcılar ala bilər

Türkiyə Rusiyadan qırıcılar ala bilər

“Çox güman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden Qlazqoda görüşəcəklər”.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, ABŞ haqsız şəkildə Türkiyəni F-35 proqramından çıxarıb, buna səbəb kimi isə Rusiyadan S-400-lərin alınması göstərilib.

XİN rəhbəri xatırladıb ki, Türkiyə F-35-lərin alınması üçün 1,4 milyard dollar ödəniş edib.

M. Çavuşoğlu qeyd edib ki, əgər ABŞ Türkiyəyə qırıcı təyyarələri satmasa, Konqres bu işə əngəl törədərsə, Rusiyadan Su-35 və Su-57-lər alına bilər.

“Türkiyə heç vaxt çarəsiz qalmayıb. Alternativlərimiz var”, - türkiyəli nazir vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR