Türkiyə Rusiya və ABŞ-ın qərarlarını bəyənib

Türkiyə Rusiya və ABŞ-ın qərarlarını bəyənib

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bu haqa danışıb

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə ABŞ ilə Rusiya arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan "START I" (Strategic Arms Reduction Treaty; 31 iyul 1991-ci il tarixində imzalanıb) müqaviləsinin müddətinin daha 5 il uzadılmasını məmununla qarşılayıb.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ və Rusiyanın "Yeni Başlanğıç" (Yeni START) müqaviləsinin müddətinin daha 5 il uzatma qərarı ilə bağlı suala verdiyi cavabında deyib: "ABŞ və Rusiya Federasiyasının 5 fevral 2021-də bitəcək "Yeni Başlanğıç" sazişinin müddətini daha  5 il uzadılması qərarını alqışlayırıq və dəstəkləyirik. ABŞ və Rusiyanın nüvə güclərini məhdudlaşdıran "Yeni Başlanğıç" müqaviləsi iki ölkə arasında strateji sabitliyi təmin edən qüvvədə olan son razılaşma olması ilə qlobal əhəmiyyətə sahibdir. Ümid edirik ki, atılan bu vacib addım silahlara nəzarət rejiminin gücləndirilməsinə və qlobal təhlükəsizlik problemlərinə qarşı mübarizəyə kömək edəcəkdir".
Xatırladaq ki, ABŞ ilə Rusiya arasında strateji hücum silahlarının ixtisarını və məhdudlaşdırılmasını nəzərdə tutan "Yeni Başlanğıç" müqaviləsinin uzadılmasına dair saziş tərəflər arasında nota mübadiləsindən sonra fevralın 3-də qüvvəyə minib.

Xəbəri paylaş

VİDEOLAR