Türkiyə rəsmiləri İtaliyanın baş nazirinin açıqlamasına etiraz etdilər

Türkiyə rəsmiləri İtaliyanın baş nazirinin açıqlamasına etiraz etdilər

Siyasətçilər İtaliyanın Baş naziri Mario Draqinin Prezident Rəcəb Tayyib Ərdoğan ilə əlaqəli sözlərinə sərt reaksiya verdilər.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "Twitter" hesabından paylaşdığı açıqlamada: “İtaliyanın məcburiyyətdən hökumət rəhbərliyi postuna təyin etdiyi şəxsin Türkiyə və Prezidentimiz ilə əlaqəli qəbuledilməz sözlərini özünə geri qaytarır, uğursuz və səriştəsiz siyasətçinin ölkəsi və xalqı üçün taleysizlik və ağır yük olduğunu xatırladırıq”.

Vitse-prezident Fuat Oktay sosial media hesabında reaksiyasını bu sözlərlə səsləndirib: “Ömrü boyu ölkəsinin və millətinin mənafeyi uğrunda çalışan, hər cür faşizmə və himayəyə qarşı mübarizə edən, hər seçkilərdə xalqının yüksək hörməti ilə qalib gələn Prezidentimiz haqqında ədəbsiz və nalayiq ifadələri qınayır, Baş nazir Draqinin dərhal üzr istəməsini gözləyirək”

Prezident administrasiyasının sözçüsü İbrahim Kalın da sosial media hesabında bunları paylaşdı: “Avropa İttifaqı Şurası Başçısı Mişelin qarşılanmasında protokol nizamı ilə əlaqəli Türkiyədən qaynaqlanan heç bir problemin olmadığını ifadə etməsinə baxmayaraq, İtaliyanın təyin olunmuş Baş naziri Draqinin Prezidentimiz əleyhinə ifadələri məsnədsiz və qəbul edilməzdir, Baş nazirin bu sözlərini qınayır və düzəlişini gözləyirik”.

Prezident administrasiyasının ictimaiyyət ilə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun: “İtaliyanın təyin olunmuş Baş naziri, Türk xalqı tərəfindən 52% səslə Prezident seçilən Rəcəb Tayyib Ərdoğana 'diktator' deməsini qınayır və diqtator axtaranlara İtaliya tarixinə baxmalarını tövsiyə edirik”.

Ədliyyə naziri Əbdülhəmit Gül: “Ədəb və nəzakətdən məhrum olan İtalyan Baş nazirinin nalayiq açıqlamasını qınayır və diktator axtarırsa tarixinə nəzər salmasınıa tövsiyə edirəm”.

Xəbəri paylaş

VİDEOLAR