Türkiyə Çexiyanın Qüdsdə diplomatik mərkəz açmasını narahatlıqla qarşıladığını bildirib.
Rasthaber trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir: “Çexiyanın Qüdsdə diplomatik nümayəndəlik açması Fələstin-İsrail ixtilafının təməl parametrlərindən olan Qüdsün statusunu addım-addım aşındırmağa yönəlik cəhdlərdən biridir.
Beynəlxalq cəmiyyətin bütün üzvlərini Qüdsün tarixi və hüquqi statusuna riayət etməyə, Fələstin-İsrail probleminin ədalətli və qalıcı həllinə nail olmaq üçün beynəlxalq standartlara hörmət göstərməyə çağırırıq.
Beynəlxalq statusu Birləşmiş Millətlər Təşkilatı qərarlarıyla təminat altına alınmış Qüdsdə Çexiyanın diplomatik mərkəz açmasını narahatlıqla qarşılayırıq.”
Xatırladaq ki, Çexiya martın 11-də Qərbi Qüdsdə Tel-Avivdəki səfirliyinə bağlı diplomatik bir nümayəndəlik açıb.