Türkiyə Pəncə-Qaplan əməliyyatında hərbçisini itirdi

Türkiyə Pəncə-Qaplan əməliyyatında hərbçisini itirdi

"Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında icra edilən Pəncə-Qaplan əməliyyatı bölgəsində bir əsgər şəhid oldu."

Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda  Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “Zap bölgəsində 19 iyunda terrorçularla çıxan qarşıdurmada bir Türkiyə əsgəri yaralandı və aparıldığı xəstəxanada, bütün müdaxilələrə baxmayaraq şəhid oldu.”

  Qeyd edək ki, həmin gün ərazidə terror təşkilatı PKK-nın 4 üzvü hava hərəkatıyla zərərsizləşdirilib.

Xəbəri paylaş

VİDEOLAR