Türkiyə peyvəndlə bağlı Rusiyaya şərt qoydu

Türkiyə peyvəndlə bağlı Rusiyaya şərt qoydu

Türkiyə COVID-19 əleyhinə "Sputnik V" peyvəndini qeydiyyata alaraq istehsal edə bilər.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bu gün Elmi Qurumun iclasından sonra keçirilən brifinqdə deyib.

Ancaq F.Koca deyib ki, bu, yalnız "Sputnik V" vaksininin toksikoloji testlərdən keçəcəyi halda mümkün olacaq. 

Həmçinin F.Koca qeyd edib ki, Türkiyəyə bu ayın sonunadək 500-800 min doza, martın sonunadək isə 5 milyon doza Biontech peyvəndi gətirilməsi gözlənilir. Çinlə isə Türkiyə 100 milyon doza SinoVach peyvəndinin alınması barədə razılığa gəlib.

Türk nazir Twitter hesabından koronavirus əleyhinə ikinci doza peyvəndi vurdurduğunu da qeyd edib. 

Xəbəri paylaş

VİDEOLAR