Türkiyə paytaxtında İŞİD-ə qarşı əməliyyat keçirilib
Rasthaber Azərbaycan DHA-ya istinadən xəbər verir ki, Ankarada İŞİD terror qruplaşmasına üzv olmaqda şübhəli bilinənlər saxlanılıblar.
28-i İraqlı, 2-si suriyalı olan 30 şübhəlidən 26 nəfər saxlanılıb.
Digər 4 nəfərin axtarışları isə davam edir.
Onların Suriya və İraqda İŞİD qruplaşması ilə əlaqələri təsbit edilib.
Saxlanılanlar deportasiya olunmaları üçün Miqrasiya Xidmətinə təslim olunacaqlar.