Yanvarın 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) cari ildə ilk iclası keçiriləcək.
Rasthaber Azərbaycan-ın İnterfax-a istinadən məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verir.
"İclasda Şərqi Aralıq dənizi regionunda vəziyyət, Türkiyə ordusunun Azərbaycan, Liviya və Suriyadakı missiyası, həmçinin terrorla mübarizə kimi strateji məsələlərin müzakirəsi planlaşdırılır", - deyə məlumatda bildirilir.
Nəşrin məlumatına görə, Egey və Aralıq dənizlərində fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə Türkiyə və Yunanıstan arasında danışıqların bərpası gündəliyə daxil olan əsas məsələlərdən biri olacaq.