Türkiyənin İzmir Şəhər Prokurorluğunun və MİT-in birlikdə keçirdiyi əməliyyat zamanı tam adı açıqlanmayan mayor rütbəli zabit saxlanılıb
Rasthaber Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin İzmir Şəhər Prokurorluğunun və MİT-in birlikdə keçirdiyi əməliyyat zamanı Ege Ordusu Komandanlığında aktiv vəzifədə çalışan F.Ö. (tam adı açıqlanmır) mayor rütbəli zabit saxlanılıb.
Məlumata görə, bu şəxs FETÖ-nın Türkiyə Silahlı Qüvvələrindəki "məhrəm imam"ı L.Ç ilə əlaqə saxladığı məlum olduqdan sonra, izlənilib və saxlanılma haqqında qərar qəbul olunub.
F.Ö. İzmir Polis İdarəsinin Terrorla Mübarizə İdarəsində olduğu önə çəkilir.