Ümumilikdə ölən və yaralıların 100-dən artıq olduğu qeyd edilir.
Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, ötən gün Suriyanın İdlib vilayətin ərazisində Suriya və Rusiya hərbi təyyarələri Türkiyə hərbçilərinin mövqelərinə zərbələr endirib.
Məlumata əsasən, aviasiya zərbələrinə Türkiyə Silahlı Qüvvələrinin 130 nəfərdən ibarət olan 65-ci mexanikiləşdirilmiş briqadasının bir hissəsi məruz qalıb.
Türkiyə rəsmilərinin məlumatına əsasən, aviazərbələr nəticəsində azı 33 hərbçi həyatını itirib.
Suriya İnsan Hüquqları Müşahidə Mərkəzi adlanan təşkilat aviazərbələr nəticəsində azı 34 hərbçinin həyatını itirdiyini bildirib.
Ümumilikdə ölən və yaralıların 100-dən artıq olduğu qeyd edilir.
Yaralanan və həyatını itirən hərbçilər Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhəri ərazisinə təxliyə ediliblər.