PKK-dan 8 terrorçu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.
İraqın şimalındakı Qara bölgəsində aşkarlanan bölücü terror təşkilatı PKK-dan 8 terrorçu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) "Twitter" hesabından edilən açıqlamada qeyd edilib:
"Terrorçuların yuvalarını məhv etməyə davam edirik. Kəşfiyyat və nəzarət vasitələrimiz tərəfindən İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 8 PKK terrorçusu Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirildi. Əməliyyatlarımız əzmlə və qətiyyətlə davam edəcək".