Türkiyə Nazirlər Kabineti COVİD 19-la bağlı toplanır

Türkiyə Nazirlər Kabineti COVİD 19-la bağlı toplanır

Türkiyə Nazirlər Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştepedə toplanacaq.

Türkiyə Nazirlər Kabineti ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştepedə toplanacaq.

Yığıncağın əsas gündəm mövzusu yeni tip koronavirusla (Covid-19) mübarizə olacaq.

Mərhələli normallaşma müddətində son 1 ay qiymətləndiriləcək, yoluxma halları analiz ediləcək, mutasiyalı virusun seyri izləniləcək.

Epidemiyanın səhiyyə başda olmaqla təhsil, iqtisadiyyat və ictimai həyata təsirləri müzakirə olunacaq və tədbirlərə necə davam ediləcəyinə dair qərar veriləcək.

Toplantıda peyvəndetmədə son vəziyyət də danışılacaq. Çin, Almaniya və Rusiya başda olmaqla ölkə xaricindən peyvənd tədarükü və yerli peyvənd işlərindəki son vəziyyətə nəzər salınacaq.

Kabinet yığıncağından sonra veriləcək qərarları ölkə başçısı Ərdoğan ictimaiyyətlə paylaşacaq.

Xəbəri paylaş

VİDEOLAR