Türkiyə Myanmadakı hərbi çevrilişi sərt şəkildə qınadı

Türkiyə Myanmadakı hərbi çevrilişi sərt şəkildə qınadı

Türkiyə Myanmadaki çevrilişi sərt şəkildə qınayıb.

Rasthaber Azərbaycan trt-yə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bu barədəki bəyanatında bildirilib ki, Myanma Silahlı Qüvvələrinin bu gün (1 fevral) hakimiyyəti ələ keçirməsini təşvişlə qarşıladı.

Türkiyənin hər cür çevrilişə və hərbi müdaxiləyə qarşıdır.

Myanmada həbs olunan bütün seçilmiş liderlərin, siyasi xadimlərin və mülki şəxslərin dərhal sərbəst buraxılmasını gözləyirik.

Türkiyə Myanmarda xalqın azad iradəsi ilə qurulan yeni Parlamentin yaxın zamanda yığıncaq keçirməsi, seçilmiş liderlər və demokratik qurumlar qarşısında qoyulan maneələri tez bir zamanda aradan qaldırmağa çağırır.

Bu dəhşətli hadisənin Myanmada ağır şərtlər altında yaşayan Rohinca müsəlmanlarının vəziyyətini pisləşdirməyəcəyinə ümid edirik.

Xəbəri paylaş

VİDEOLAR