Türkiyə - Misir heyətləri arasında danışıqların ikinci turu tamamlanıb

Türkiyə - Misir heyətləri arasında danışıqların ikinci turu tamamlanıb

Paytaxt Ankarada Türkiyə və Misir Xarici işlər nazirlərinin müavinlərinin başçılıq etdiyi nümayəndə heyətləri arasında keçirilən danışıqların ikinci turuna yekun vurulub.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən yayılan   açıqlamada   bu  barədə  məlumat  verilib.

Qeyd  edilib  ki, 7-8 Sentyabr tarixlərində Türkiyə-Misir məsləhətləşmələrinin ikinci turu Ankarada, Xarici İşlər Nazirliyinin Səfiri Sədat Önal və Misir Xarici İşlər Nazirinin müavini Səfir Həmdinin  başçılıq  etdiyi   heyətlər  arasında  keçirildi. 

Görüş zamanı  ikitərəfli məsələlər  başda  olmaqla  Liviya, Suriya, İraq, Fələstin və Şərqi Aralıq dənizində  cərəyan  edən  proseslər, o cümlədən regional  məsələlər  müzakirə edildi.   

Hər  iki  tərəf  də  müzakirə olunan məsələlərdə  irəliləyiş əldə etmək və münasibətləri normallaşdırmaq üçün  lazımlı  addımların  atılmasını  istədiyini daha   bir  dəfə   təsdiqləyərək  məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəldi.

Xatırladaq ki, Türkiyə və Misir nümayəndə heyətləri arasında iki gün davam edən ilk danışıqlar mayın 6 -da Qahirədə

keçirilmişdi.

Xəbəri paylaş

VİDEOLAR