Türkiyə Kosovanın Qüdsdə səfirlik açmasına etiraz etdi

Türkiyə Kosovanın Qüdsdə səfirlik açmasına etiraz etdi

Türkiyə Kosovonun Qüdsdə səfirlik açmasını qınayıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin mövzuyla bağlı açıqlamasında "Kosovonun Qüdsdə səfirliyinin açılmasını dərin narahatlıqla qarşılayır və bunu qətiyyətlə pisləyirik" deyilib. 

Açıqlamada bildirilib ki, müstəqilliyini qazanmaq üçün çox ağrılara dözən bir xalqın rəhbərləri on illərdir işğal altında olan və  ciddi insan haqları pozuntularına məruz qalmış Fələstin xalqının vəziyyətini görməzlikdən gəlir. Kosovolu liderlər bu şəkildə hərəkət edərək Qüdsün statusu ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının qətnamələri daxil olmaqla, sülh prosesi əsaslarına zidd rəftar etmiş, iki dövlətli həll missiyasina və bölgədəki sülh ümidlərinə zərər vermişdir. Onları hüquqa zidd olan bu addımlarından imtina etməyə çağırırıq.

Kosovonun Xarici İşlər və Diaspora Nazirliyi (14 martda) dünən yaydığı yazılı açıqlamasında Kosovonun Qüdsdəki səfirliyinin açıldığını və fəaliyyətə başladığını elan etmişdi.

Xəbəri paylaş

VİDEOLAR